CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 12.45-dən 13.10-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi sahəsində yerləşən mövqelərini, saat 16.45-dən mayın 10-u saat 2.05-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.20-dən 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 10-u saat 00.10-dan 1.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.