Cəbrayıla geri qayıdan sakin: Sevincimizin həddi-hüdudu yoxdur
Bakı, 25 dekabr, AZƏRTAC
“Cəbrayıla geri döndüyümüz üçün sevincimizin həddi-hüdudu yoxdur.Bu yaxınlarda da getmişdik, işğaldan azad edilmiş ərazilərimizin havası, suyu çox gözəldir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Zərifə Fərzəliyeva söyləyib.
Uşaqları ilə birlikdə Cəbrayıldan məcburi köçkün düşdüyünü xatırladan Z. Fərzəliyeva vurğulayıb ki, indi beş nəfələ geri qayıdır. O, məcburi köçkün düşdüyü günləri ağrı-acı ilə xatırlayıb. Keçmiş məcburi köçkün şəhidlərə Allahdan rəhmət diləyib, dövlətimizə, Azərbaycan Prezidentinə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:24]
Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]