Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş dəyərli töhfə

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Prezident İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən ölkəmizdə bu il böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, görkəmli ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.

C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan akademik deyib ki, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

Akademik deyib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq. Elmi redaktoru olduğu “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabından söz açan akademik əsərin müəllifi, professor Asif Rüstəmlinin kitabını görkəmli ədibə həsr olunmuş dəyərli tədqiqat əsəri kimi dəyərləndirib. Alimin bu istiqamətdəki işlərini yüksək qiymətləndirən natiq deyib ki, yaxın zamanlarda oxucular Asif Rüstəmlinin tədqiqatları əsasında Cəfər Cabbarlının ədəbi ictimaiyyətə məlum olmayan bır sıra yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

C.Cabbarlı yaradıcılığının həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruduğunu söyləyən İsa Həbibbəyli vurğulayıb ki, onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında mühüm yer tutur.

Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb. Bir əsrdir ki, Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında C.Cabbarlının pyesləri əvəzsiz rol oynayır. Onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrlarının səhnəsinin bəzəyidir.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, ədibin 120 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur. Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir “Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq. Yubiley ili çərçivəsində böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri də planlaşdırılır.

Hər il olduğu kimi, bu il də görkəmli ədiblərin yubileylərinin dövlət səviyyəsində qeyd olunduğunu söyləyən nazir müavini deyib ki, bütün bunlar Azərbaycanda sözə və söz sənətinə verilən dəyərin bariz göstəricisidir.

Elmi konfransda “Cəfər Cabbarlı irsi zamanın və sənətin sınağında”, “Cəfər Cabbarlının poeziyası”, “Xarakterlər dramaturgiyası” və digər mövzularda məruzələr dinlənilib.

Professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabından söz açan natiqlər bildiriblər ki, tədqiqat əsərində Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sahəsi, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşr prosesində iştirakı və məhbus həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub.

Sonda iştirakçılar kitabxananın təşkil etdiyi “Cəfər Cabbarlı-120” kitab sərgisi ilə tanış olublar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib