İQTİSADİYYAT
Cəlilabad rayonundakı Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi davam etdirilir
Cəlilabad, 16 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlilabad rayonundakı Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, uzunluğu 33,4 kilometr olan və 31 kəndin əhalisinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracaq yolun çəkilişinə 100-dən çox işçi, 60 maşın və mexanizm cəlb edilmişdir. Torpaq bərkitmə işləri və 34 yerdə su keçidlərinin quraşdırılması isə davam etdirilir. Yol boyunca üç yerdə körpü tipli suötürücülər inşa olunur.
May ayının əvvəlində yola asfalt salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]