Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir
Bakı, 28 may, AZƏRTAC
Yarış mənim üçün möhtəşəm alındı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaponiyanın Kobe şəhərində təşkil olunan dünya çempionatında iki qızıl medal qazanmış Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib.
O, Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırdığı üçün xoşbəxt olduğunu bildirib: “Yarışa ciddi hazırlaşmışdım. Məşqlərdə hiss edirdim ki, dünya çempionu olacağam. Özümə çox inanırdım. Qarşıda “Paris-2024” Yay Olimpiya Oyunları var. Həmin mötəbər turnirə də ciddi şəkildə hazırlaşaraq Vətənimi layiqincə təmsil edəcəyəm”.
Dördqat dünya çempionluğu ilə karateçi Rafael Ağayevin uğuruna bir addım da yaxınlaşan L.Vəliyeva bununla bağlı fikirlərini bölüşüb: “Düzünü desəm, idmançılarla belə rəqabət aparmağı sevmirəm. Lakin Rafael Ağayev kimi şəxslə ilə bir pillədə olmaq fəxrdir”.
22 yaşlı paraatlet, həmçinin bu göstərici ilə Azərbaycanın müstəqillik illərində Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançıları arasında Rafael Ağayevdən (karate üzrə beşqat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançı adına yiyələnib.
Xatırladaq ki, Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda iki qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]