Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

Vyana, 28 may, AZƏRTAC

Azərbaycanın Avstriyadakı səfirliyində 28 May – Respublika Günü və 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın Avstriyadakı fəxri konsulları, Avstriya işgüzar dairələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Öncə Azərbaycan və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Tədbiri açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanın keçdiyi müstəqillik və inkişaf yoluna nəzər salıb, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan soydaşlarımızın rəşadət və fədakarlığının ehtiramla yad olunduğunu bildirib.

Qeyd edilib ki, 106 il əvvəl İstiqlal Bəyannaməsi ilə müstəqilliyi elan olunan və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürsə də, təkcə Azərbaycanın deyil, bütün regionun tarixində mühüm iz qoyub. Cümhuriyyətin siyasəti bir çox cəhətdən öz dövrünə görə qabaqcıl xarakterə malik idi. Ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verməklə irqi, etnik, dini və sosial bərabərlik yaradıldı, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verildi, qəbul edilən qanun və qərarlar demokratik hüquqi dövlətin yaranmasına yönəldi. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili elan edilməsi, üçrəngli dövlət bayrağının və himninin qəbulu, müasir teatr və opera teatrının yaradılması, milli valyutanın dövriyyəyə buraxılması dövlət quruculuğu prosesində mühüm mərhələlər idi. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ilin aprelində öz fəaliyyətini dayandırdı. Lakin onun idealları, dəyərləri və ənənələri azərbaycanlıların sonrakı nəsillərinin qəlbində və şüurunda yaşamağa davam etdi.

R. Sadıqbəyli bildirib ki, bu gün Azərbaycan Respublikası müstəqil, suveren və demokratik ölkə kimi Azərbaycan Xalq Cümhuriyyətinin istək və ideallarını reallığa çevirir. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müqəddəratında dönüş nöqtəsi oldu. Son üç onillikdə Azərbaycan öz inkişaf yolunda böyük irəliləyiş əldə edib və bu gün praqmatik daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən siyasətlə özünün növbəti inkişaf mərhələsindədir.

Bu gün Azərbaycan çoxşaxəli iqtisadiyyatı, siyasi sistemi, zəngin mədəni dəyərləri, dini müxtəlifliyi və tolerantlığı, qürurlu tarixi keçmişi ilə tarixində heç vaxt olmadığı qədər güclüdür. Azərbaycan regionun ən böyük iqtisadiyyatıdır və öz coğrafiyasında və beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycan Xəzər dənizi regionunu beynəlxalq əməkdaşlıq üçün açan, Avropanın və daha geniş regional əlaqə xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də daxil olmaqla iri enerji və nəqliyyat əlaqələri layihələrinin təşəbbüskarı və mühüm icraçısıdır.

Diqqətə çatdırılıb ki, yekdil qərarla COP29-a ev sahibliyi edən ölkə seçilmək beynəlxalq ictimaiyyətin Azərbaycana və xüsusilə yaşıl enerji sahəsində görülən işlərə hörmət əlamətidir. Eyni zamanda, Azərbaycan öz regionunda və onun hüdudlarından kənarda təhlükəsizliyi təmin edən ölkəyə çevrilib və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə beynəlxalq hüquqa əsaslanan nizamın sadiq tərəfdarıdır.

Səfir qeyd edib ki, rəsmi mərasimdə həm də bu gün regionun ən güclü orduları sırasında yer alan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və birliyinin bərpasında həlledici rol oynayan Azərbaycan Silahlı Qüvvələri günü də bayram edilir. Cənubi Qafqazda onilliklərlə davam edən münaqişələrdən sonra bu il Azərbaycanın milli sərhədləri üzərində suverenliyinin böyük qayıdışı və bərpası regionda sülhə, təhlükəsizliyə və firavanlığa yol açır.

Avstriya Xarici İşlər Nazirliyində idarə rəisi Qerhard Sayller çıxışında Azərbaycan və Avstriya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin mütəmadi şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, iki ölkənin şirkətləri arasında əlaqələrin möhkəmlənməsi, ixracatın artımı, birbaşa aviareyslərin mövcudluğu gələcəkdə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə töhfə verəcək. Eləcə də regionun mövcud potensialının dəyərləndirilməsində Azərbaycanın rolu getdikcə artmaqdadır.

Avstriya rəsmisi çıxışında Azərbaycanı COP29-a ev sahibliyi il əlaqədar təbriklərini çatdırıb. Qeyd edib ki, bu tədbir sayəsində iqlim dəyişiklərinə yeni baxışlar və yanaşmalar müzakirə olunacaq, Azərbaycan geniş müzakirələrin keçirildiyi mühüm bir məkana çevriləcək.

Çıxışlardan sonra Avstriyada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi kvartet Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqili proqram ilə çıxış edib.

Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib. Dövlət Turizm Agentliyinin dəstəyi ilə milli kulinariyamızın dadlı təamları qonaqlara təqdim edilib. Yeməkləri dadmaqla yanaşı, ətraflı məlumat əldə edən qonaqlar ölkənin qastronomiya və şərabçılıq turizmi marşrutları ilə də tanış olublar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub