Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq
İstanbul, 28 may, Günel Karatepe, AZƏRTAC
Azərbaycanın haqlı qürurunu və coşqusunu ürəkdən paylaşdığımız bu mənalı gündə vətən uğrunda şəhid olan bütün qəhrəmanları bir daha rəhmət və ehtiramla yad edirəm. Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş təbrik mesajında yer alıb.
Türkiyə parlamenti sədrinin rəsmi “X” hesabında edilən paylaşımda deyilir: “Hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və cansağlığı arzulayıram”.