Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun
İstanbul, 28 may, Günel Karatepe, AZƏRTAC
Bir kərə yüksələn bayraq bir daha enməz.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajında yer alıb.
Azərbaycan və Türkiyə bayraqları ilə yayımlanan paylaşımda “Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”, - deyə qeyd olunub.
Paylaşım Azərbaycan və türk dillərində edilib.