Cəlilabadda ağacəkmə aksiyasında 850 ədəd şam və küknar ağacı əkilib
Cəlilabad, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi xəbəri ölkəmizin bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da böyük sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rayonda ağacəkmə aksiyası və konsert təşkil edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı şəhərin Qurtuluş küçəsində 850 ədəd şam və küknar ağacı əkilib.
Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə, həmçinin Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzinin önündə fləşmob və konsert təşkil olunub.