Cənub bölgəsinə yağan aramsız yağışlar dağlıq ərazilərdə torpaq sürüşməsinə səbəb olub
Lənkəran, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar dağlıq ərazilərdə yaşayış məntəqələrində torpaq sürüşməsinə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun dağlıq ərazisində yerləşən Sinovli kəndində Mürşüd Quliyevə məxsus həyətyanı sahədə torpaq qatının hərəkəti intensiv yağışlardan sonra daha da aktivləşib. Nəticədə, kənd sakininin ikimərtəbəli 4 otaqlı evində çatlar əmələ gəlib.
Ərazidə baş verən torpaq sürüşməsi evlə yanaşı, M.Quliyevin fərdi təsərrüfatında olan meyvə bağına da ziyan vurub, 20-yə yaxın feyxoa ağacı yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, 2 il əvvəl də Murad Quliyevin yaşadığı evin ərazisində torpaq sürüşməsi baş verib.