Cənubi Koreya-Çin və Yaponiya sammiti yaxın vaxtlarda baş tutacaq
Bakı, 26 sentyabr, AZƏRTAC
Koreya Respublikası, Çin və Yaponiya arasında üçtərəfli sammit “ən yaxın vaxtda” baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hökumətinə istinadla məlumat yayıb.
Bu gün Seulda üç ölkənin diplomatları görüşüblər. Görüşdə üçtərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, sammitin ilin sonunadək keçirilməsi imkanları müzakirə olunub.
ÇXR-Koreya Respublikası-Yaponiya sammiti ilk dəfə 2008-ci ildə keçirilib. Ötən müddətdə dövlət başçılarının səkkiz görüşü təşkil edilib. Onlar sonuncu dəfə 2019-cu ildə görüşüblər. Format məcburi əmək qurbanlarına təzminat ödənilməsi ilə bağlı Seul və Tokio arasında fikir ayrılıqları, eləcə də pandemiya səbəbindən dayandırılıb.
2022-ci ildə Koreya Respublikasında yeni prezident Yun Sok Yol hakimiyyətə gəldikdən sonra Yaponiya ilə ikitərəfli əlaqələrdə istiləşmə müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]