Cənubi Koreyada yanğın 100 hektar sahəni yararsız hala salıb
Pekin, 25 aprel, AZƏRTAC
Cənubi Koreyanın Andonq şəhərində davam edən yanğın 100 hektar dağlıq ərazini yararsız hala salıb.
AZƏRTAC xəbər verir ki, aprelin 24-də hələlik bilinməyən səbəbdən başlayan yanğının söndürülməsinə min yanğınsöndürən, 20 helikopter, 40 yanğınsöndürən avtomobil cəlb olunub.
Bildirilir ki, güclü külək yanğınsöndürənlərin işinə əngəl törədir. Hələlik insan tələfatı qeydə alınmayıb. Səlahiyyətli qurumlar yaxınlıqda yaşayan sakinlərin təxliyə edilməsinə qərar verib və şəhər ətrafında avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Daxili İşlər və Təhlükəsizlik naziri Çin Yunq yanğının ən qısa zamanda nəzarət altına alınması və itkilərin minimuma endirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasını əmr edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]