Çexiyada solçu qüvvələr ölkədə Amerika bazalarının yerləşdirilməsinə qarşıdır
Praqa, 25 may, AZƏRTAC
Praqada, Çexiya Senatının və Deputatlar Palatasının mənzil-qərargahının yaxınlığında yerləşən Malostranska meydanında Çex Respublikası ərazisində Amerika hərbi bazasının yerləşdirilməsinə hazırlıqla bağlı narazılıq edənlərin mitinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb Vaşinqtonda Çexiya-Amerika müdafiə sazişinin imzalanması olub. Nümayiş zamanı parlamentdən kənar solçu-sentrist cərəyanlı partiyaların - Çexiya Kommunist Partiyasının və “Azadlıq və birbaşa demokratiya” populist hərəkatının, eləcə də solçu gənclər təşkilatlarının liderləri çıxış edib. Bəzi nümayişçilər əllərində “ABŞ ordusunu Çexiyada istəmirik!” sözləri yazılmış transparantlar aparıblar.
Eyni zamanda, Çexiyanın müdafiə qurumunun rəhbəri Yana Çernoxova Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib ki, Çexiya-Amerika müdafiə sazişi ölkə ərazisinə amerikalı əsgərlərin gəlişini və hərbi bazanın yerləşdirilməsini nəzərdə tutmur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]