Çin-ABŞ ticarət danışıqlarının 11-ci mərhələsi Vaşinqtonda keçiriləcək
Pekin, 7 may, AZƏRTAC
Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi mayın 9-10-da Vaşinqtonda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi məlumat yayıb. Danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-a səfər edəcək. Danışıqlarda Birləşmiş Ştatların nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcəklər.
Qeyd edək ki, bəzi ekspertlər ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan bəzi mallara tətbiq edilən tariflərin 10 faizdən 25 faizə qaldırılması ilə bağlı sosial şəbəkələrdə yazdığı statusdan sonra iki ölkə arasında ticarət danışıqlarında qeyri-müəyyənliyin yarandığını bildirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]