Çində Ebolaya bənzər naməlum Menqla virusu aşkarlanıb
Bakı, 11 yanvar, AZƏRTAC
Çindən və Sinqapurdan olan alimlər qrupu “Nature Microbiology” jurnalında Cənubi Çində yerli yarasalarda aşkarlanan bu vaxtadək naməlum filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu, Ebola qızdırması və hemorragik Marqburq qızdırması əmələ gətirən ölümcül təhlükəli yoluxucu xəstəlikləri yaradan Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər.
Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə dördüncü risk qrupuna - insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir.
Yarasalar, onların əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir.
Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslarla təxminən 30-50 faiz uyğunlaşır. Menqla digər patogen filoviruslara xas olan molekulyar reseptorlardan istifadə edərək hüceyrələrə keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]