DÜNYA
Çində yanacağın satış qiyməti növbəti dəfə artırılıb
Pekin, 30 yanvar, AZƏRTAC
Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın pərakəndə satış qiymətinin növbəti dəfə artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 245 yuan (36,4 ABŞ dolları) və 230 yuan (34 dollar) artırılıb. Bu, Çində cari ildə yanacağın ikinci qiymət artımıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]
Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq
- 06.05.2024 [12:20]
Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir
- 06.05.2024 [12:18]