ÇİNGİZXANIN NƏSLİNDƏN OLAN İLK AMERİKALI TAPILMIŞDIR
Genetiklərin qənaətincə, onların tez-tez rast gəldikləri Y-xromosomu Çingizxana məxsus olmalıdır və qədim tarixçilərin də qeyd etdikləri kimi, o və oğulları çoxlu hərəmxana saxladıqlarına görə belə geniş yayılmışdır.
Robinson da öz şəcərəsini öyrənməyə başlamış və müəyyən etmişdi ki, ulu babası Con Robinson İllinoys ştatına Britaniyanın Kumbriya qraflığından köçüb gəlmişdir. Lakin 2003-cü ildə o, öz tədqiqatlarında çətinliklə qarşılaşır və sifətinin iç tərəfindən bir parça kəsib Oksford Ancestors şirkətinə göndərir. Şirkət kişi xətti ilə ötürülən Y-xromosomu və ya qadın xətti ilə ötürülən mitoxondrial DNT əsasında ayrı-ayrı adamların əcdadlarının tarixini araşdırır.
Robinson deyir: “Mənə bildirdilər ki, ana tərəfimin xətti Fransa və İspaniyaya, ata tərəfimin xətti isə, çox güman, Mərkəzi Avropaya gedib çıxır”.
Həmin şirkətin yaradıcısı, genetik Brayan Sayks Çingizxanın Y-xromosomu ilə uyğun gələn 50 minədək nümunənin saxlandığı öz bazasını diqqətlə nəzərdən keçirmiş və müəyyən etmişdir ki, doktor Robinson onun “müştəri”lərindən biridir.
Bəs Çingizxanın Y-xromosomu bir çox əsrlərdən bəri Şimali İngiltərənin Göllər diyarında yaşamış ailəyə necə düşmüşdür? Məlum olduğu kimi, dahi fatehin imperiyası Sakit okeandan Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Sayksın irəli sürdüyü ehtimallardan birinə görə, vikinqlər qulları Xəzər sahillərindən Orkni və Şetlənd adalarına gətirə bilərdilər. Vikinqlər Xəzərə Rusiya çayları ilə gedir və quruda gəmilərini darta-darta aparırdılar.
Sayks bildirmişdir ki, qullardan, yaxud onların övladlarından kimsə Kumbriyaya gətirilmiş və Robinson soyadını götürmüşdür. Axı, soyadları İngiltərədə yalnız XIII əsrdə meydana gəlmişdir.
Həmçinin mümkündür ki, xanım Robinsonun Mərkəzi Asiyadan gətirilən qulların birindən nikahdankənar uşağı olmuşdur.