Ciorcia Meloni: İtaliya Yaxın Şərqdə gərginliyin azaldılması üçün səylər göstərir
Roma, 1 oktyabr, AZƏRTAC
İtaliya “Böyük Yeddiliyin” (G7) sədri kimi Yaxın Şərqdə gərginliyin azaldılması üçün səylərini əsirgəmir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
Baş nazir ölkəsinin Yaxın Şərqdə regional səviyyədə gərginliyin azaldılmasının vacib və zəruri olduğunu hesab etdiyini bildirib.
“Müdafiə və xarici işlər nazirləri ilə daim təmasdayam, Livandakı dramatik vəziyyəti yaxından izləyirəm. Mülki əhalinin müdafiəsi və Livanın cənubunda BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirak edən İtaliya hərbi kontingentinin təhlükəsizliyinə zəmanət verilməsi prioritet olaraq qalır. İtaliya öz müttəfiqləri ilə İsrail və Livan arasındakı sərhəddə sabitliyin təmin olunması və köçkünlərin öz evlərinə qayıtması istiqamətdə işləməyə davam edir”, - deyə Ciorcia Meloni əlavə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]