Coko Vidodo yenidən İndoneziyanın prezidenti seçilib
Tokio, 21 may, AZƏRTAC
İndoneziyanın hazırkı Prezidenti Coko Vidodo ötən ay keçirilən seçkilərin nəticələrinə görə, yenidən dövlət başçısı seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 21-də İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, səsvermənin nəticələrinə görə C.Vidodo səslərin 55,5 faizini, onun rəqibi P.Subianto isə 45,5 faizini toplayıb.
Yerli KİV-lərin yaydığı məlumata görə, C.Vidodo həyata keçirdiyi infrastruktur layihələri, ölkəyə xarici investisiyaların cəlb edilməsi və ölkə iqtisadiyyatının ildə təqribən 5 faiz artımına nail olması nəticəsində geniş ictimaiyyətin dəstəyini qazanıb.
Seçkilərdə onun yeganə rəqibi olan P.Subianto isə səsvermə zamanı yol verilən saxtakarlıqları əsas gətirərək nəticələri tanımadığını bildirib və tərəfdarlarını etiraz aksiyaları üçün küçələrə çıxmağa çağırıb.
İndoneziya hökuməti baş verə biləcək iğtişaşların qarşısını almaq üçün Cakartaya 30 mindən çox polis və hərbçi cəlb edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]