Corc Mayklın təsviri olan şəxsi kolleksiya sikkəsi buraxılıb
Bakı, 29 fevral, AZƏRTAC
Böyük Britaniyanın Kral Zərbxanasından verilən məlumata görə, Corc Mayklın brend günəş eynəklərində çəkdirdiyi şəklin təsvir olunduğu yeni sikkə 1987-ci ilin hiti olan “Faith” mahnısına həsr olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sikkənin rəsmi təsdiq edilmiş dizaynı rəssam və heykəltəraş Sandra Deyana tərəfindən layihələndirilib.
“WHAM!” ilə debütdən bəri və bütün zamanların ən çox satılan solo musiqiçilərindən biri olmamışdan əvvəl, Corc Maykl hər zaman yaradıcılığı nəsillərə bənzərsiz musiqisinə və özünəməxsus üslubuna görə ilham verən super dünya ulduzu olub”, – deyən Kral Zərbxanasının kolleksiya direktoru Rebekka Morqan bildirib: “Böyük Britaniyanın onun həyatına və irsinə həsr olunmuş rəsmi sikkəsini təqdim etməkdən qürur duyuruq”.
Corc Maykl 1980-ci illərdə “WHAM!” qrupu ilə məşhurlaşıb. 2016-cı ilin Milad bayramında 53 yaşında vəfat edən sənətçi təkcə musiqi istedadı ilə deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə yadda qalıb.
“George Michael Entertainment”in bəyanatında deyilir: “O, milli qurumun onun xatirəsini bu qədər dərin ehtiramla yad etmək istəyindən yəqin ki, çox təsirlənərdi və qürur hissi keçirərdi”.
Bu yeni sikkə, əvvəllər Devid Boui, Elton Con və Queen qrupunu sikkələrlə mükafatlandıran Kral Zərbxanasının "Musiqi əfsanələri" seriyasına son əlavədir.
Sikkənin qiymətləri 15.50 funt sterlinqdən başlayır.