COVID-19: Fransada epidemiyadan ölənlərin sayı 23660-a çatıb
Paris, 29 aprel, AZƏRTAC
Fransada COVID-19 epidemiyasından ölənlərin sayı 14810-u xəstəxanalarda, 8850-si qocalar evlərində olmaqla 23660-a çatıb. Son 24 saat ərzində 367 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.
Qeyd edib ki, epidemiya başlayandan xəstəxanalara 90 min xəstə yerləşdirilib. Hazırda xəstəxanalarda 27484 xəstə var ki, 4387-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Bu gün xəstəxanalara 1474 yeni xəstə qəbul edilib ki, onlardan 153-ü reanimasiyaya yerləşdirilib. Bu günə qədər 46886 xəstə sağalıb.
Fransada koronavirusa yoluxanların sayı 129859-a çatıb ki, bunlardan 1520-si son bir sutkada aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]