Cozef Bayden: Seçkilərdə Donald Trampın qalib gəlməsinə yol vermək olmaz
Bakı, 6 may, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden 2024-cü il seçkilərində Donald Trampın qələbəsinin yolverilməz olduğunu hesab edir.
AZƏRTAC xəbər verir ki, Cozef Bayden bu barədə MSNBC telekanalına müsahibəsində deyib. “Seçkilərdə dörd il öncə ABŞ-a rəhbərlik edən həmin şəxsin qalib gəlməsinə yol vermək olmaz”, - deyə Ağ evin rəhbəri seçkiöncəsi proqramı barədə suala cavabında söyləyib.
Aparıcının onunla Donald Tramp arasında fərqin nədən ibarət olduğuna dair sualını cavablandıran Cozef Bayden aralarında heç bir ümumi cəhətin olmadığını vurğulayıb.
ABŞ-da növbəti Prezident seçkiləri gələn il keçiriləcək. Həm Birləşmiş Ştatların hazırkı lideri Cozef Bayden, həm də sabiq prezidenti Donald Tramp ali dövlət postu uğrunda mübarizə aparacaqlarını elan ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]