Cüdo üzrə Xəzər rayon açıq birinciliyi keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrdən ibarət komandalar arasında cüdo üzrə Xəzər rayon açıq birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərmək, onları sağlam həyat tərzinə cəlb etmək və gənc idmançıların yarış təcrübəsini artırmaqdan ibarətdir.
Birincilikdə Xəzər rayonu üzrə fəaliyyət göstərən klubların 100-dən çox idmançısı iştirak edib.
Sonda qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunublar.