İDMAN
Cüdoçularımız dünya reytinq cədvəlində irəliləyiblər

Bakı, 8 fevral, AZƏRTAC
Parisdə təşkil edilən “Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yerə yüksəlib (2376 xal). Turnirdə ikinci yeri tutan digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci yerdədir.
İlk onluqda yer alan cüdoçularımızdan Kəramət Hüseynov (60 kq, 2992 xal, 4-cü yer), Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer) mövqeləri dəyişməyib. İlk iyirmilikdə yer alan cüdoçularımızdan isə Hidayət Heydərov (73 kq, 2580 xal, 11-ci yer) əvvəlki mövqeyində qalıb. Murad Fətiyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer), Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) hərəyə 2 pillə geriləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [17:55]
Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
- 09.12.2023 [17:08]
Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub
- 09.12.2023 [16:11]
Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş
- 09.12.2023 [16:07]
FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib
- 09.12.2023 [15:19]
Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV
- 09.12.2023 [15:17]