Cüdoçumuz İlqar Müşkiyev Avropa çempionatının bürünc medalını qazanmışdır VİDEO
Bakı, 25 aprel (AZƏRTAC). Fransanın Monpolye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk günü dörd cüdoçumuz tatami üzərinə çıxmışdır.
Cüdoçularımızdan yalnız İlqar Müşkiyev (60 kq) mükafatçılar sırasında yer almışdır. Belə ki, türkiyəli Əhməd Kabaya, çexiyalı David Pulkrabekə, rusiyalı Armen Qalstyana qalib gələn İ.Müşkiyev yarımfinalda Gürcüstan təmsilçisi Amiran Papinaşviliyə məğlub olsa da, təsəlliverici görüşdə iştirak hüququ qazanmışdır. Bürünc medal uğrunda cüdoçumuz Böyük Britaniya təmsilçisi Eşli Makkenzi ilə qarşılaşmış və rəqibini məğlub edən İ.Müşkiyev Avropa çempionatını üçüncü pillədə başa vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [18:27]
“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]