MƏDƏNİYYƏT
Dağıstan Dövlət Filarmoniyasının solisti Bakıda Rəsul Həmzətovun xatirəsinə həsr olunmuş gecədə çıxış edib
![](/files/galleryphoto/2023/3/1200x630/16970349815328818411_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970349801025129523_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970349803017415225_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169703498011977905_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970349805879349983_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970349811006611231_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16970349812518425660_1200x630.jpg)
Bakı, 11 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Dağıstan Dövlət Filarmoniyasının solisti Xirindu Sultanova Bakıdakı Rus Evinin dəvəti ilə Dağıstan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən və Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert proqramında iştirak edib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildirilib.
RİMM-in məlumatında deyilir ki, artistin vokal bacarığı, sənətkarlığı, peşəkarlığı və sənətkarın cazibəsi heç kəsi biganə qoymayıb. Yaradıcılıq gecəsinin proqramına həm müasir musiqi əsərləri, həm də retro-hitlər daxil olub.
Sonra tamaşaçıların Xirindu Sultanova ilə ünsiyyət qurmaq və onları maraqlandıran suallara cavab almaq imkanı olub.