DAĞISTAN PREZİDENTİ MUXU ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
Mən, ilk növbədə, Azərbaycana gəlmək dəvətinə görə bir daha ürəkdən təşəkkür etmək istəyirəm. Biz öz fəaliyyətimizlə əlaqədar müxtəlif regionlarda və müxtəlif ölkələrdə oluruq. İnanın ki, belə qardaşcasına qarşılanmanı və bu gün bütün gün ərzində hiss etdiyimiz belə diqqəti heç vaxt heç yerdə görməmişik. Biz gözəl başa düşürük ki, bu, Sizdən, rəhbərdən, Prezidentdən gəlir. Mən bir daha demək istəyirəm ki, bu, sizin sələflərinizdən gəlir. Dağıstan barəsində bu işıqlı və səmimi münasibət atanızdan, babanız Əziz Əliyevdən gəlir. Ona görə də dağıstanlılar bunu çox yüksək qiymətləndirirlər. Dağıstanlılar Azərbaycanda baş verən müsbət dəyişiklikləri görməkdən çox şaddırlar. Mən bu badəni Azərbaycan xalqının, çox yaxşı, çox gözəl xalqın şərəfinə qaldırmaq istəyirəm. Mən bu badəni Azərbaycanın şərəfinə, ayaq üstə möhkəm dayanan suveren, müstəqil dövlətin şərəfinə qaldırmaq istəyirəm. Mən bu badəni şəxsən Sizin şərəfinizə qaldırmaq istəyirəm. Sizə, ölkənizə, xalqınıza uğurlar, xoşbəxtlik arzulamaq istəyirəm. Dağıstanlılar həmişə sizinlə olacaqlar. Sizə ən xoş diləklərimizi bildirirəm. Çox sağ olun!