Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanovdan
Çox hörmətli İlham Heydər oğlu,
Şanlı dövlət bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 150 minlik Dağıstan azərbaycanlıları adından ürəkdən təbrik edirəm.
1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Bu əlamətdar hadisədən sonra keçən illər parlaq hadisələrlə və Azərbaycan xalqının böyük nailiyyətləri ilə əlamətdar olmuşdur.
Biz, Dağıstan azərbaycanlıları öz xalqımıza, öz etnik vətənimiz olan Azərbaycana münasibətdə vətənpərvərlik hisslərini rəhbər tutaraq fikirlərimizi, amallarımızı və hərəkətlərimizi həmişə Azərbaycan ilə, onun xalqı ilə bağlamışıq, onun kədərinə şərik olmuşuq, uğurlarına sevinmişik.
Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevdir. Müasir Azərbaycanda ümumi sabitlik və milli həmrəylik şəraitinin yaradılması, keçmiş SSRİ-nin ən zəif müttəfiq respublikalarından birinin dünyada söz və nüfuz sahibi olan ölkələr sırasına çıxarılması üzrə möhtəşəm işləri Ulu Öndər başlamışdır.
Çox hörmətli İlham Heydər oğlu, bütün Azərbaycan xalqı kimi biz də Sizin şəxsinizdə Heydər Əliyevin işinin layiqli davamçısını görürük. Heydər Əliyevin Azərbaycanın, Azərbaycan xalqının daha da firavanlaşmasına yönəlmiş siyasətini inamla davam etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması sahəsində böyük uğurlar qazanmışdır. Sizin öz dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Siz Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına dəyərli töhfələr verirsiniz.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, çoxmillətli Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Qurban Qurbanov
Dağıstan Respublikası Dərbənd Rayon
Administrasiyasının başçısı