DAHA BİR ƏSGƏRİMİZ DÜŞMƏN GÜLLƏSİNİN QURBANI OLMUŞDUR
İyulun 1-də saat 01.30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşdur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Zaur Ələddin oğlu Həbibov baş nahiyəsindən aldığı güllə yarasından həlak olmuşdur. O, 1978-ci ildə anadan olmuş, 1999-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 2002-ci il fevralın 19-da Xətai rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı. Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş leytenant Zaur Həbibovun ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]