DAHA SU PROBLEMİ YOXDUR
Zaqatalanın Cobankol və Yuxarı Çardaxlar kəndlərindəki baş drenaj qurğuların hər biri 100 paqonemetr uzaldılmış, bununla da su debiti bir neçə dəfə artmış, 14 yaşayış məntəqəsinin su təchizatındakı çatışmazlıqlar aradan qaldırılmışdır. İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Qazangül qəsəbəsində də su təminatı sistemi yenidən qurulmuşdur.