Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev gündəliyə üç məsələ daxil edildiyini bildirib.

Komitə sədri ilk iki məsələnin, yəni, birinci oxunuşda olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyətcə eyni olduğunu diqqətə çatdırıb. Layihələrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması təklif olunub.

Musa Quliyev təklif olunan dəyişikliklərin bu fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Bildirilib ki, fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.

Komitə sədri bu məqsədlə qanunvericiliyə daxil edilən anlayışlar barədə danışıb. O diqqətə çatdırıb ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.

İclasda qanun layihələri ilə bağlı çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, son zamanlar həm sosial sığorta haqlarının, həm də işsizlikdən sığorta haqlarının yığılmasında inzibatçılıq xeyli təkmilləşdirilib, eyni zamanda, digər sosial proqramların icrası da keyfiyyətcə yaxşılaşdırılıb və sözügedən fondların sərbəst qalan vəsaitlərindən gələcək nəsillər üçün, bu fondların maliyyə dayanıqlığının artırılması üçün istifadə oluna bilər. Nazir müavini bunu ölkədə şəffaflığın və hesabatlılığın artırılması, eyni zamanda, ölkənin iqtisadi gücünün, qüdrətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatların əyani sübutu kimi dəyərləndirib.

Nazir müavini qanun layihələrində təklif olunan dəyişikliklərin gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik olduğunu vurğulayıb və Sosial Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin idarə olunmasında şəffaflıq və hesabatlılığın təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi qaydaların təsdiq olunacağını bildirib.

Qanun layihələrinin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Ziyad Səmədzadə, Jalə Əliyeva, Vüqar Bayramov, İlham Məmmədov, Aqil Məmmədov, Arzu Nağıyev çıxış ediblər. Deputatlar ölkədə investisiya mühitinin yaxşılaşdırılması, dövlət zəmanətli investisiya imkanlarının genişləndirilməsi zəminində adıçəkilən fondların sərbəst vəsaitinin investisiyaya yönəldilməsini təqdir ediblər, təklif edilən yeni yanaşmanı dövrün tələbi kimi dəyərləndiriblər. Dəyişikliklərlə bağlı qeydlərini və suallarını səsləndirən deputatlar fondların sərbəst vəsaitlərinin idarəolunmasında şəffaflığın və hesabatlılığın təmin olunmasının, investisiyalarda risklərin nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar. Bildirilib ki, həm İşsizlikdən Sığorta Fondunun, həm də Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin optimal şəkildə idarə olunması ilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşmasına, onların pensiyalarının və müavinətlərinin artırılmasına, eyni zamanda, məşğulluq tədbirlərinin daha geniş və səmərəli şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaranacaq.

Müzakirələrin sonunda “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra komitədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə bağlı hazırlanmış Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda deputatlar Əziz Ələkbərov, Rauf Əliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb