ELM VƏ TƏHSİL
DAŞKƏNDDƏ 42-Cİ BEYNƏLXALQ MENDELEYEV OLİMPİADASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 29-dan mayın 4-dək Lomonosov adına Moskva Dövlət Universitetinin Daşkənddəki filialında şagirdlər arasında kimya üzrə 42-ci Beynəlxalq Mendeleyev olimpiadası keçirilmişdir. Burada dünyanın 15 ölkəsindən, o cümlədən Azərbaycandan gəlmiş altı şagird iştirak etmişdir.
Azərbaycandan olan şagirdlərin ikisi-Bakı Özəl Türk Liseyinin və 16 saylı Klassik Gimnaziyanın onuncu sinif şagirdləri Mətin Hüseynli və Azadə Sadiq Olimpiadanın bürünc medallarına layiq görülmüşlər. Azərbaycandan gəlmiş şagirdlər və olimpiadanın digər qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtanasız qəbul edilmək hüququ qazanmışlar.
Bu yarışma 1956-cı ildən “Ümumittifaq kimya olimpiadası” adı ilə keçirilir. 1992-ci ildən isə beynəlxalq status almışdır.