İDMAN
Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək
Bakı, 17 may, AZƏRTAC
Mayın 21-dən 31-dək Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 112 ölkədən 384 (220 kişi və 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının beş üzvü qüvvəsini sınayacaq.
Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın üzvlərindən Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq) mübarizə aparacaqlar.
Yarışlarda ədalət təmsilçisi qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]