İQTİSADİYYAT
Daşkənddə MDB, Gürcüstan, Latviya, Litva və Estoniya dəmir yolları administrasiyalarının müşavirəsi keçirilib
Daşkənd, 31 may, AZƏRTAC
Daşkənddə Müstəqil Dövlətlər Birliyi ölkələri, Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları dəmiryol administrasiyalarının səlahiyyətli nümayəndələrinin yük qatarlarının və konteyner vaqonlarının formalaşdırılması, vaqon axınlarının istiqamətləndirilməsi qaydasının razılaşdırılması məsələlərinə həsr olunmuş müşavirəsi keçirilib.
Tədbirdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC Yük Daşımaları Departamenti hərəkətin təşkili və idarə edilməsi şöbəsinin rəisi Əli Əlizadə təmsil edib.
Görüşdə MDB ölkələri, Gürcüstan, Latviya, Litva və Estoniya respublikalarının 2018-2019-cu illər üçün yük qatarlarının və konteyner vaqonlarının formalaşdırılması, vaqon axınlarının istiqamətləndirilməsi qaydasının razılaşdırılması müzakirə edilib, bütün təkliflər nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.
Görüşün yekunu ilə bağlı Protokol da imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd