DAŞKƏNDDƏ MDB ONKOLOQLARI VƏ RADİOLOQLARININ BEŞİNCİ QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə MDB onkoloqları və radioloqlarının beşinci qurultayı başa çatmışdır.
Qurultayda MDB-nin üzvü olan ölkələrdən, Almaniya, Kanada, Hindistan, Polşa və İsveçrədən gəlmiş 1400-dən artıq nümayəndə iştirak etmişdir. Azərbaycandan gəlmiş 28 nəfərlik nümayəndə heyətinə Milli Onkologiya Mərkəzi direktorunun müavini Murad Məmmədov başçılıq etmişdir.
Qurultayın açılışında Özbəkistan baş nazirinin müavini Rüstəm Qasımov çıxış edərək iştirakçılara uğurlar arzulamışdır.
Qurultayda müxtəlif ölkələrdən gəlmiş alim və həkimlər xərçəngin profilaktikası, diaqnostikası və müalicəsi ilə bağlı işləyib hazırladıqları və təcrübədən keçirdikləri perspektiv metodları müzakirə etmiş, onkologiya sahəsində dünya elmi və təcrübəsinin MDB ölkələri onkoloji xidmətlərinin fəaliyyətində tətbiq olunması ilə əlaqədar tövsiyyələr hazırlamışlar.
Qurultay çərçivəsində keçirilən kurslarda həkim və alimlər öz həmkarları ilə təcrübə və informasiya mübadiləsi aparmışlar.
Azərbaycandan gəlmiş həkim və alimlər onkologiyanın müxtəlif formaları ilə bağlı 20-dən artıq məruzə etmiş, bu sahədə ölkəmizdə əldə edilən uğurlar haqqında məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]