SİYASƏT
DAŞKƏNDDƏ REGİONAL KONFRANS
Daşkənddə Orta Asiya və Qafqaz ölkələrinin bioloji ehtiyatlarının qorunmasına dair regional konfrans keçirilmişdir. Azərbaycanı bu konfransda respublika Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun əməkdaşları Zeynal Əkbərov və İradə Kərimova, MEA-n;n Botanika İnstitutunun aparıcı elmi işçisi Səyyarə İbadullayeva təmsil etmişlər.
Azərbaycan nümayəndələri öz məruzələrində ölkəmizdə bitkilərin genetik ehtiyalarının qorunub saxlanması və onlardan səmərəli istifadə olunması sahəsində görülən işlərdən danışmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd