Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antiterror Strukturu Şurasının iclası keçirilib
Daşkənd, 6 aprel, АZƏRTAC
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antiterror Strukturu Şurasının 32-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan ölkələrin - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistanın, o cümlədən Regional Antiterror Strukturu Şurasının İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İştirakçılar Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 2019-2021-ci illər üçün terrorizmlə, separatizmlə və ekstremizmlə mübarizə layihəsini və qurumun 2017-ci ildəki fəaliyyəti haqqında məruzəni bəyəniblər.
İclasda dövlətlərin terrorizmlə, separatizmlə və ekstremizmlə mübarizədə 2016-2018-ci illər üçün Əməkdaşlıq Proqramının 2017-ci ildə yerinə yetirilməsi, Şuranın qərarlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub. Həmçinin internetdən terror, separatizm və ekstremizm məqsədləri üçün istifadənin qarşısının alınması üçün üzv dövlətlərin keçirdikləri “Syamın-2017” birgə antiterror təlimlərinin nəticələri bəyənilib.
Şuranın növbəti iclasının bu ilin oktyabr ayında Qırğızıstanda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]