Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Bakı, 19 aprel, AZƏRTAC
Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 145 yoldəyişən yenisi ilə əvəz olunub. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.