DEMOKRATİYAYA İMKAN VERİN
DEMOKRATİYAYA İMKAN VERİN
“Azərbaycan Prezidentinin ABŞ-a səfəri təəccüb doğurdu” məqaləsində Azərbaycanda bu yaxınlarda baş verən hadisələr çox mənfi ruhda təsvir olunmuşdur. Ancaq bu məqalədə ölkənin “gənc olduğu” və sosial irəliləyişlərə nail olmaq üçün Prezident İlham Əliyevin başçılığı ilə göstərdiyi səylər nəzərə alınmamışdır.
Vətəndaş hüquqları uğrunda mübarizə aparılan dövrdə mən Birləşmiş Ştatlarda yaşayırdım və şəhərlərimizdə baş verən irimiqyaslı irqi iğtişaşların şahidi olmuşam. Bu iğtişaşlar polislər tərəfindən amansızcasına yatırılır, adamlar həlak olurdu.
1968-ci ildə Çikaqoda Demokratik Konvensiya dövründə isə etiraz nümayişlərinə çıxanlara qarşı polisin amansız reaksiyasına diqqət yetirmişəm.
Sizin məqalənizdə təsvir edilmiş etirazların baş verdiyi vaxtda mən Azərbaycanda idim və 1960-cı illərin axırlarında ABŞ-da gördüklərimlə müqayisə edilə biləcək heç bir şey görmədim. O vaxt Amerika demokratiyasının təxminən 200 yaşı vardı. Azərbaycan demokratiyasının isə heç 20 yaşı da yoxdur.
İlham Əliyev keçmiş sovet respublikalarının bütün liderlərindən öz bənzərsizliyi və müsbət keyfiyyətləri ilə seçilir. Ölkədə noyabr seçkiləri zamanı İlham Əliyev öz cəsarətini və liderlik qabiliyyətini nümayiş etdirdi. O, seçkilər zamanı yol verilmiş pozuntuları elə ilk imkandaca düzəltdi.
Keçmiş Sovet İttifaqı respublikalarının başçılarından heç biri öz ölkəsini demokratiya istiqamətində aparmaq üçün İlham Əliyev kimi belə cəsarətli addımlar atmamışdır.
İlham Əliyevin qarşısında çox çətin vəzifə durur. O, həmin vəzifənin yerinə yetirilməsinə qətiyyətlə, siyasi məharətlə və əzmlə girişmişdir.
Nail olduğu mühüm tərəqqini nəzərə alaraq, İlham Əliyev etimada və ölkənin daha da irəlilədilməsində dəstəklənməyə layiqdir.