CƏMİYYƏT
Dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir
![Dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir](/files/2023/2/1200x630/16885470726335533179_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir. Bu, bütün dünyanın problemidir. Bunun ən böyük səbəbi antibiotiklərin istifadəsi qaydalarının və vərdişlərinin pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vərəmlə bağlı keçirilən multisektoral görüşdə çıxışı zamanı deyib.
"Bildiyiniz kimi bu günlərdə dərman vasitələri haqqında qanun layihəsi müzakirə olunur. Ölkəmizdə bu sisteminin daha effektiv işləməsi üçün dərmanlara əlçatanlığın və qiymətlərin optimallaşdırılmasını hədəfləyən qanun layihəsi hazırlanıb".
R.Mahmudov bildirib ki, apteklərdə yüksək dərəcəli, son mərhələdə istifadə olunan antibiotiklərə əlçatanlığın olması vərəmə son verməyə gedən yolun ən böyük təhlükəsidir və ölkələr üçün həll olunması gərəkən problemdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]