DƏYƏRİ 4 MİLYON DOLLAR OLAN İTMİŞ SKRİPKANI SAHİBİNƏ QAYTARMIŞLAR
AZƏRTAC xəbər verir ki, musiqiçinin taksidə unutduğu və dəyəri 4 milyon dollar olan skripkanı ona qaytarmışlar.
Aprelin 21-də axşam, vaxtilə “Qremmi” mükafatına namizəd olan məşhur Amerika skripkaçısı Filipp Kvint Betteri-Parkda (Nyu-York) taksinin arxa oturacağında Stradivarinin 1723-cü ildə hazırladığı “Ex-Keisewetter” skripkasını unutmuşdur. Sürücü Məhəmməd Xəlil maşınında qiymətli musiqi aləti apardığını sezməmişdir - skripka gecənin qalan hissəsini Xəlilin Nyu-Cersi ştatının Nyuark şəhərindəki dayanacaqda saxladığı taksidə qalmışdır.
İtirilmiş musiqi alətinin sahibi Nyu-Yorkun və Nyu-Cersinin liman idarəsinə zəng vurmuş və skripkanın itməsi haqqında xəbər vermişdir. Avtomobilin sürücüsü içində skripka olan futlyarı ertəsi gün gündüz aşkar etmiş və bundan sonra skripkanın tapıldığını musiqiçiyə bildirmişlər.
Filipp Kvint skripkanı geri alanda diz üstə çökərək, sevindiyindən ağlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]