QAN YADDAŞI
DİASPOR İLƏ İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ XOCALI SOYQIRIMININ 17-Cİ İLDÖNÜMÜNÜN QEYD EDİLMƏSİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR PLANI TƏSDİQLƏNMİŞDİR
Bakı, 19 fevral (AZƏRTAC). Diaspor ilə İş Üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənmişdir.
Dövlət Komitəsindən bildirmişlər ki, tədbirlər planına əsasən Xocalı faciəsini anmaq məqsədilə bu il də xarici ölkələrdə etiraz aksiyalarının, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulmuşdur. Bu mərasimlərdə iştirakçılara Xocalı soyqırımı, erməni vəhşilikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baradə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi materillar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcəkdir.
Bundan əlavə, elektron KİV-lərdə faicəyə dair məlumatların yerləşdirilməsi, “dəyirmi masa”ların keçirilməsi də nəzərdə tutulmuşdur.