DİN: Sumqayıtda itkin düşən 23 yaşlı qız tapılıb
Bakı, 7 may, AZƏRTAC
Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubovanın itkin düşməsi barədə məlumat verilmişdi. Həmin qız artıq tapılıb. Bu barədə AZƏRTAC-a DİN-nin mətbuat xidmətindən bildirilib.
“Bununla əlaqədar qeyd olunan məlumatı paylaşan media nümayəndələrindən həmin qızın fotoşəkillərinin və anket məlumatlarının silinməsi xahiş olunur”, -deyə məlumatda qeyd olunur.