REGİONLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib VİDEO
Sumqayıt, 26 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 26-da Sumqayıtda bu şəhərdən, eləcə də Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından olan sakinləri qəbul edib.
Sumqayıt şəhərindəki Tarix Muzeyində keçirilən qəbulda komitə sədrinə ünvanlanan müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılmasa, məscidlərin təmiri, məscid kitabxanasının yaradılması və digər məsələlərlə bağlı olub.
Qəbuldan sonra muzeyin akt zalında “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” adlı regional konfrans keçirilib.