İQTİSADİYYAT
Dizel yanacağının istehsalı artıb
Bakı, 19 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycanda 776,8 min ton dizel yanacağı, 365,5 min ton avtomobil benzini, 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu və 87,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 1,4 faiz azalıb.
Sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35 faiz, neft koksunun istehsalı 13,8 faiz, dizel yanacağının istehsalı 6 faiz artıb.
Neft bitumunun istehsalı 14,8 faiz, avtomobil benzininin istehsalı 10 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]