Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanın keçirilməsi üçün ümumilikdə 3 imtahan binası, 6 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 42 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın dekabrın 17-də (əcnəbilər üçün Azərbaycan dili imtahanı dekabrın 11-də) keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. Danışıq bloku imtahanına buraxılış vərəqəsi növbəti həftənin əvvəlində DİM-in saytına yerləşdiriləcək.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahanların nəticələri danışıq bloku imtahanı keçiriləndən sonra 2 həftə ərzində elan olunacaq.

Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən danışıq bloku) dekabrın 11-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər YENİLƏNİB VİDEO

Kamera və Orqan Musiqisi Zalında Eynaudinin əsərləri səsləndirilib

COP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib

Premyer Liqa: "Sabah" evdə “Araz-Naxçıvan”ı məğlub edib

DİN narkotik vasitələr və onun fəsadları barədə maarifləndirici qısametrajlı film hazırlayıb VİDEO

Artan yük tələbatını qarşılamaq üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi işləri yekunlaşır

Antalya Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf prespektivləri müzakirə olunub

Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun 7-ci Sammiti işə başlayıb

Ceyhun Bayramov: Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər mövcuddur

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycanın xarici işlər naziri Antalyada mediaya açıqlama verib

Lavrov: Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır

Milli Məclis sədrinin müavini: Azərbaycan enerji təhlükəsizliyinin qarantıdır

Vəkillər Kollegiyasında Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüş keçirilib

Müharibə Xarkov şəhərinə təxminən 10 milyard ABŞ dolları dəyərində ziyan vurub – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI VİDEO

Sergey Lavrov: Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə də medal qazana bilməyiblər

Moldova Baş nazirinin müavini Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

Azərbaycan Premyer Liqası: “Zirə” - “Turan Tovuz” oyununda qalib müəyyənləşməyib

Veysi Kurt: BTQ-nin tam gücü ilə işə salınması ölkələrimizin iqtisadiyyatının güclənməsinə səbəb olacaq

Kanada Namizədlər Turnirinə ev sahibliyi etmək hüququnu itirə bilər

® “Azercell”in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verilib

Tahir Budaqov: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri partiyalararası münasibətlərin də güclənməsinə şərait yaradıb

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 13-ə çatıb

Azərbaycan “mavi yanacaq” ixracı coğrafiyasını daha da genişləndirir ŞƏRH

Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji baxışı

Böyük Britaniyada qızılca epidemiyası təcili vaksinləmə kampaniyasını zəruri edib

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Ceyhun Bayramov iraqlı həmkarını bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb

Koksaki virusu və onun əlamətləri

Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid və qazi analarının iştirakı ilə tədbir keçirilib

Rəşad Sadıqov: “Qarabağ”ın “Bayer”i keçəcəyinə inanıram

Azərbaycan gimnastları Almaniyadakı turnirdə bürünc medal qazanıblar

“Barselona” ötən il forma satışından ən çox gəlir əldə edən klub olub - SİYAHI

İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb

"Avropa Bilik Yarışması"nın qalibləri mükafatlandırılıb

Bakıda Azərbaycan Pulmonologiya Simpoziumu keçirilib

“Neftçi”nin üç futbolçusu “Qarabağ”la matçı buraxacaq

Peter Mixalko: “Avropa Bilik Yarışması”na Azərbaycanda gənclər arasında böyük maraq var

Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən platformaya çevrilib ŞƏRH

Azərbaycan Bakı-Tbilisi-Qars ilə bağlı yaradılacaq müəssisədə 50 faiz pay sahibi olacaq

Husilərin hücumuna məruz qalan Britaniya gəmisi Qırmızı dənizdə batıb

COP üzrə dünyanın ən nüfuzlu ekspertləri Qlobal Bakı Forumunda bir araya gələcəklər

Sədr: BTQ-nin modernləşdirilməsi üzrə işlərin 95 faizi başa çatdırılıb

Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

Ərəb mediası: İsrail və HƏMAS atəşkəs və girovların mübadiləsi sxemi üzrə razılıq əldə ediblər

Serdar Kılıc: Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirir

Bakıda “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda konfrans keçirilib

BMT “Quran”ın yandırılması faktlarına görə İsveçi tənqid etməyib

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ə.A.Rəsulovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İmişli sakini tonqala düşərək ölüb VİDEO

Ermənipərəst senatorla korrupsiya əlaqəsinə girmək istəyən biznesmen təqsirini etiraf edib

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Səhiyyə Nazirliyi Gəncədə “İlk tibbi yardim - ikinci həyata addim” adlı fləş-mob keçirib

“Qarabağ” – “Bayer” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Naxçıvanda Təcili Tibbi Yardım Mərkəzinin əməkdaşları təlimlərə cəlb olunublar

Moldova ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub

Kanalda batması ehtimal olunan azyaşlının axtarış-xilasetmə tədbirləri davam edir VİDEO

Musiqi məktəbinin sazçalanlar ansamblı Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış ediblər

İşğaldan azad olunan ərazilərdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə olunub

Xarici və daxili mühit havasının çirklənməsi astma və allergik xəstəliklərin yayılmasını artırır

“Yaşıl dünyamızı qoruyaq” – konfrans

“Alibaba” portretləri canlandıran EMO neyro-şəbəkəsini təqdim edib

Bağdad Amreyev: Türk İnvestisiya Fondu mart ayından fəaliyyətə keçəcək

Arzu Babayeva: Ümumdünya Vəhşi Təbiət Günündə hər kəsi milli parkların zəngin ekosistemi ilə tanış olmağa dəvət edirik

Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər müzakirə olunub

Gəncədə iki evdə yanğın olub VİDEO

FIBA reytinqi: Azərbaycan millisi 13 pillə irəliləyib

YAP və AK Parti sədrlərinin müavinləri Antalyada görüşüblər VİDEO

Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsinin qalibi müəyyənləşib

Avropa Komissiyası Macarıstanla bağlı mövqeyini yumşaldır

Yaponiya parlamentinin komissiyası 750 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb VİDEO

İran parlamentinə seçkilərdə seçicilərin yarıdan azı iştirak edib

Ceyhun Bayramov: Azərbaycan AQEM-i vahid prinsiplər toplusuna əsaslanan unikal dialoq platforması kimi qiymətləndirir

BEA: Karbon qazı ilə qlobal çirklənmə rekord həddə çatıb

Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib

Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb

Əfqanıstanda güclü qar və şaxta 9 nəfərin ölümünə səbəb olub

Yaponiyada on nəfər qar uçqunu altında qalıb

Hicran Hüseynova: Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanla heç-heçə edib

Nyu-York dəbinin simvolu İris Apfel 102 yaşında vəfat edib

“Azəriqaz” ödəniş sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq

NASA yüksək xərc tələb edən layihənin icrasını dayandırıb

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək

Qobustanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Azərbaycan tranzit ölkə kimi Şərq-Qərb dəhlizində imkanlarını Avropaya təqdim edir - AÇIQLAMA

Azərbaycanın xarici işlər naziri ATƏT-in Baş katibi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edib

QHT sədri: Azərbaycan xalqı Ulu Öndərin zəngin irsini sadiqliklə davam etdirir

Azərbaycanla Serbiya arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

“Qağayı” tamaşası yenidən səhnədə

TDT-nin Baş katibi: Antalya Forumu diplomatiyanın müharibələrdən daha faydalı olduğunu göstərir

Qaret Beyl tarixin ən yaxşı uelsli futbolçusu seçilib

Sabah ölkə ərazisində 12 dərəcəyədək isti olacaq

Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub