Donald Tramp Yaxın Şərqə qoşun göndərilməsini ABŞ tarixində ən böyük səhv adlandırıb
Bakı, 4 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqə qoşun göndərməsi və regiondakı münaqişəyə müdaxilə edilməsi barədə qərarının ölkə tarixində ən böyük səhv olduğunu etiraf edib.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidenti bu barədə Axios portalına müsahibəsində deyib: “Biz İŞİD qruplaşması üzərində qələbə qazandıq, İran generalı Qasım Süleymanini və İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini öldürdük... Mən digər prezidentlərin etmədiyi çox işləri həll etmişəm. Ümumiyyətlə, Yaxın Şərqə girmək lazım deyildi”.
“Yaxın Şərqə qoşun göndərmək və oradakı münaqişəyə qarışmaq qərarı ölkə tarixində buraxılan ən böyük səhvdir. Bu, mənim nəzər nöqtəmdir”, - deyə Donald Tramp əlavə edib.
Donald Tramp bundan öncə də dəfələrlə bəyan etmişdi ki, Birləşmiş Ştatlar “sonsuz müharibə” siyasətindən vaz keçmək niyyətindədir və dünya ölkələri ilə rəqabətə deyil, tərəfdaşlıq əlaqələri qurmağa can atacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]