Donald Trampı ölümlə hədələyən Texas sakini 18 ay həbs cəzasına məhkum edilib
Vaşinqton, 27 aprel, AZƏRTAC
Texas ştatının Dallas şəhərində 36 yaşlı Mikael Gedlu Prezident Donald Trampı ölümlə hədələdiyinə görə 18 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını federal həbsxanada çəkəcək.
AZƏRTAC xəbər verir ki, Gedlu dekabr ayında Trampa hədələr etməkdə özünü günahkar bilib. O, sosial şəbəkələr vasitəsilə Trampı ölümlə hədələdiyini, “YouTube” səhifəsində “Mən gözləyirəm ki, Tramp Dallasa gəlsin və onu öldürüm” dediyini etiraf edib.
Məhkəmə prosesi zamanı prokurorlar bildiriblər ki, hüquq-mühafizə orqanlarının nümayəndələri 2018-ci ilin dekabrında Dallasda “Adolphus” otelinin yaxınlığında Trampın gəlişinə 30 dəqiqə qalmış Gedlunun küçədən keçdiyini görüblər. Bu zaman Gedlunun əlində “Trampa ölüm” lövhəciyinin olması və buna görə də onun saxlandığı qeyd olunur.
İttihamçılar ABŞ-ın məxfi xidmət orqanlarının öz araşdırmalarını Dallas polisinin köməyi ilə apardıqlarını bildiriblər.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]