DÖRD AYDA ÜMUMİ DAXİLİ MƏHSUL 1,1 MİLYARD MANAT ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu 15 faiz və ya müqayisəli qiymətlərlə 1,1 milyard manat artaraq 11,2 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən məbləği isə 1.310,6 manat təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz, qeyri-neft sektorunda isə 11,5 faiz artmışdır.
Ümumi daxili məhsulun 74,1 faizi istehsal sahələrində, 66,6 faizi sənayedə, 6,2 faizi tikinti kompleksində, 1,3 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 18,4 faizi isə xidmət sahələrində yaradılmışdır.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 20,6 faizi nəqliyyatın, 8,5 faizi poçt və rabitə, 29,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərin, 4,3 faizi mehmanxana və restoranlarda xidmətin, 37 faizi isə sosial və digər sahələrdə fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]