CƏMİYYƏT
DOST mərkəzlərində 262 mindən çox şəxsə xidmət göstərilib
Bakı, 14 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin mərkəzlərində 262 min 581 şəxsə xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi açılıb və ötən dövrdə həmin mərkəzlərdə 913 min 736 vətəndaşa müraciətləri üzrə xidmətlər göstərilib. Xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərində olub.
Son 5 ayda 142-Çağrı mərkəzi tərəfindən isə 674 min 92 zəng cavablandırılıb.
Ötən ay Zəngilan rayonunun Ağalı kəndində ölkəmizdə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Burada vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcək.
Bu il DOST Agentliyi 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib, DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib.
Agentlik bu il dünyada məşhur olan Böyük Britanıyanın LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb